Peskov: Putin Minskdə Tramp və Zelenski ilə görüşməyə hazırdır– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenkonun Minskdə Tramp və Zelenski ilə görüş təşkil etmək təklifinə müsbət yanaşır. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Belarus "əsas müttəfiq" olduğu üçün Minsk uyğun platformadır, lakin məsələ hələ rəsmi müzakirə olunmayıb.

Peskov Zelenskinin Trampa göndərdiyi və danışıqlara hazır olduğunu bildirən məktubun Kreml tərəfindən izlənildiyini vurğulayıb. Lakin Ukrayna liderinin Rusiya ilə danışıqları qadağan edən fərmanı problemdir.

O, Moskvada DİN kollegiyasında çıxış edəcək, fırıldaqçılıqla bağlı hökumət iclasına sədrlik edəcək və Abxaziya prezidenti Badr Qunba ilə görüşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31