Starmer və Makron Zelenski ilə birlikdə Vaşinqtona gedə bilər – ÖZƏL

Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransanın Prezidenti Emmanuel Makron gələn həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Vaşinqtona səfər edə bilərlər. Onların ABŞ Prezidenti Donald Trampa Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı plan təqdim edəcəyi bildirilir.

Olaylar.az xəbər verir ki, bu barədə Britaniyanın Daily Mail nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb. 
"London və Paris ABŞ-ın Kiyevə hərbi yardımını bərpa etməsi üçün Vaşinqtona təzyiq göstərməyə çalışır". Britaniya hökumətindəki mənbələrə görə, bu istiqamətdə "bütün səviyyələrdə" tədbirlər görülür.

Qeyd edək ki, ABŞ Konqresində çıxışı zamanı Donald Tramp Zelenskinin Ukrayna və Rusiya arasında sülh danışıqlarına mümkün qədər tez başlamağa hazır olduğunu bildirib.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31