ABŞ Konqresmeni Al Qrinin senzuraya məhkum edilməsi gözlənilir – ÖZƏL
5 Mart 10:35 DünyaABŞ Nümayəndələr Palatası Demokrat konqresmen Al Qrinin senzuraya məruz qalmasını müzakirə edir.
Olaylar.az xəbər verir ki, palatanın spikeri Mayk Consonun sözlərinə görə, Qrin ABŞ Prezidenti Donald Trampın konqresdəki çıxışını pozmağa cəhd etdiyinə görə cəzalandırılmalıdır.
"Bu, tamamilə utancvericidir. O, senzura olunmalıdır. Bu, heç bir şəkildə lazım olmayan bir nümayiş idi. O, pis mənada tarix yazdı və ümid edirəm ki, bundan zövq alır," - deyə Conson bildirib.
Spiker əlavə edib ki, Qrinin cəzalandırılması üçün bir çox konqresmen senzura qətnaməsi təqdim edəcək.
Hadisə Trampın çıxışı zamanı baş verib. Al Qrin ABŞ prezidentinin xalqdan mandat almadığını bəyan edərək nitqi yarımçıq kəsməyə çalışıb. Bir neçə xəbərdarlıqdan sonra Conson onun zaldan çıxarılmasını əmr edib.
Fevralın əvvəlində Qrin Trampa qarşı impiçment proseduruna başlamaq niyyətində olduğunu elan etmişdi. O, Trampın birinci prezidentliyi dövründə də bu cəhdi etmişdi.