İtaliya Ukraynaya hərbçilər göndərməkdən imtina edib- ÖZƏL

İtaliyanın Baş naziri Corca Meloni, Fransa və Böyük Britaniyanın təklifini rədd edərək, İtaliya kontingentini Ukraynadakı mümkün Avropa qüvvələrinə daxil etməmək qərarını açıqlayıb.
Olaylar.az xəbər verir ki, Meloni, Rai1 kanalında verdiyi açıqlamada, "Fransa və Böyük Britaniyanın Avropa əsgərlərinin Ukraynaya göndərilməsi təklifinə şübhələrimizi bildirdik. Məncə, bu çox çətin və həyata keçirilməsi qeyri-mümkün bir şeydir. Bunun effektivliyindən əmin deyiləm, ona görə də biz İtaliya əsgərlərini Ukraynaya göndərməyəcəyimizi bildirdik" deyib.

Baş nazir, hər kəsin əsas məqsədinin Ukraynada ədalətli və davamlı bir sülh qurmaq olduğunu vurğulayıb. "Sonda əsas məsələ, Ukraynanın təhlükəsizlik zəmanətləri ilə təmin edildiyi bir sülhü necə qurmaqdır" deyə əlavə edib. 2 mart tarixində Londonda keçirilən qeyri-rəsmi Avropa ölkələri liderlərinin sammitində Ukrayna və kollektiv Avropa təhlükəsizliyi məsələləri müzakirə edilib. Meloni, Avropa hərbçilərinin Ukraynaya göndərilməsinə şübhə ilə yanaşdığını bildirib və qərarların "atlantiq strukturu" çərçivəsində qəbul edilməli olduğunu vurğulayıb.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31