Serbiya parlamentində deputatlar arasında DAVA - Fişənglər yandırıldı və spikerə su atdılar - VİDEO

Serbiya parlamentində iğtişaşlar baş verib. 

Olaylar.az bu barədə "RİA Novosti"yə istinadla xəbər verir ki, insident yeni qanunların müzakirə olunduğu iclas zamanı baş verib.

Müxalif deputatlar bildiriblər ki, ölkədə kütləvi etirazlar davam etdiyi müddətcə debatlar aparmaq mümkün deyil.

Deputatlar yaz sessiyasının ilk iclasında təxminən 50 bənddən ibarət gündəliyi qəbul ediblər.

Bunlardan başlıcası Novi-Sad şəhərində dəmir yolu vağzalının çökməsi nəticəsində 15 nəfərin həlak olması ilə bağlı kütləvi etiraz aksiyaları səbəbindən təhsil qanununa düzəlişlər olub.

Gündəliyin təsdiqlənməsindən sonra müxalifətçi "Yaşıl-Sol Cəbhə"nin deputatı Radomir Lazoviç ölkə rəhbərliyinə qarşı qışqıraraq Rəyasət Heyətinə doğru hərəkət edib, onun ardınca partiya yoldaşları da qalxıb, zalın mərkəzində təhlükəsizlik xidməti əməkdaşları və digərləri arasında qarşıdurma baş verib.

Zala, həmçinin, tüstü bombaları da atılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31