Buş Abxaziyanı, Obama Krımı itirdi: Mən gəlməsəydim, rus ordusu…
16:18 Dünya"İlk prezidentliyim dövründə Rusiya qonşu ölkələrə hücum etməyə cəsarət etməyib".
Olaylar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, 2008-ci ildə ABŞ-ın sabiq prezidenti kiçik Corc Buşun prezidentliyi dövründə baş vermiş Rusiya-Gürcüstan müharibəsini xatırladıb.
"Buşun hakimiyyəti zamanında onlar Gürcüstanı əldə ediblər, elə deyilmi? Barak Obamanın dövründə onlar sualtı gəmilərin yerləşdiyi böyük torpaq parçasını ələ keçiriblər. Yəni Krımı. Cozef Baydenin vaxtında da Ukraynaya hücum etdilər. Əgər hakimiyyətə gəlməsəydim, onlar hər şeyi əldə etmişdilər", - deyə Ağ Ev rəhbəri bildirib. (Globalinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31