Fransız siyasətçi: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırması münaqişəni dayandırmağın yeganə yoludur – ÖZƏL
16:04 DünyaABŞ-nin Ukraynaya hərbi yardımını dayandırması münaqişəni dayandırmaq və Volodimir Zelenskini danışıqlarda iştirak etməyə məcbur etməyin yeganə yoludur.
Olaylar.az xəbər verir ki, bu fikri Debout la France Partiyasının lideri və Fransanın Milli Assambleyasının keçmiş üzvü Nikola Düpon-Enyan Sud Radio-ya açıqlamasında səsləndirib.
"Bu, münaqişəni dayandırmağın və Zelenskini danışıqlar masasına oturtmağın yeganə yoludur," - deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, sülh prosesinin bir hissəsi olaraq Ukraynanın demilitarizasiyasını təmin etmək və ölkəni Rusiya ilə Aİ arasında neytral bir bufer zona halına gətirmək lazımdır. "Ukraynada 20 il əvvəl edilməli olanı indi etmək lazımdır: neytral, demilitarizasiya edilmiş bir zona yaratmaq," - deyə o vurğulayıb.
Düpon-Enyan həmçinin Zelenskinin vaxt qazanmağa çalışdığını və "Ukrayna xalqını tam xaosa sürüklədiyini" iddia edib. "Sülh yolu ilə həll yoluna nail olmaq lazımdır və bu, mümkünsüz deyil," - deyə o əlavə edib.
Martın 3-də Reuters agentliyi Ağ Ev rəsmisinə istinadən xəbər vermişdi ki, ABŞ Prezidenti Donald Tramp Kiyevə hərbi yardımın dayandırılması barədə göstəriş verib. Daha sonra, Pentaqon sözçüsü bu məlumatı TASS-a təsdiqləyib. Onun sözlərinə görə, bu qərar hal-hazırda Ukraynada olmayan bütün ABŞ hərbi texnikasına aiddir və Polşanın tranzit zonalarında gözləyən silahları da əhatə edir.