Almaniya da Trampı tənqid etdi: Zelenskiyə qarşı təxribat törədildi

Ağ Evdə görüş zamanı Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Donald Tramp arasında münaqişə Amerika tərəfindən qəsdən törədilə bilərdi.

Olaylar.az xəbər verir ki, bu fikri Almaniyanın gələcək kansleri Fridrix Merz bildirib.

"Məncə, Oval kabinetdəki bu görüş Zelenskinin sözlərinə kortəbii reaksiya deyil, açıq-aydın, təxribatlı eskalasiya idi. Söhbətin tonu məni bir qədər təəccübləndirdi - heç bir fayda vermədi", - Merz şərh edib.

O, Zelenski ilə görüşdə istifadə olunan ritorikanın ABŞ-ın yeni administrasiyasının ümumi davranış xəttinə uyğun olduğuna əmin olduğunu söyləyib.

"Vaşinqtonda gördüklərimiz son bir neçə həftənin hadisələr zəncirində müəyyən ardıcıllıqdır, o cümlədən Amerika nümayəndə heyətinin Münhendə təhlükəsizlik konfransında çıxışı", - Merz deyib. (publika.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31