Fransa və Polşa ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırmasını tənqid edib- ÖZƏL

Fransa və Polşa rəsmiləri Vaşinqtonun Ukraynaya hərbi yardımı dayandırması qərarını tənqid ediblər. Olaylar.az xəbər verir ki, Fransa Avropa İşləri üzrə naziri Benjamen Hadad bu addımın Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllini çətinləşdirdiyini bildirib.

"Əgər siz sülh istəyirsinizsə, Ukraynaya silah göndərilməsinin dayandırılması sülhü yaxınlaşdırır, yoxsa uzaqlaşdırır? Aydındır ki, uzaqlaşdırır, çünki bu addım aqressor olan Rusiyanı daha da gücləndirir", - deyə Hadad France 2 telekanalına açıqlamasında qeyd edib.

Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik isə ABŞ-ın qərarını "pis xəbər" adlandırıb.

Qeyd edək ki, ABŞ Ukraynaya hərbi yardımını tamamilə dayandırıb. Bu dayandırılma ABŞ-ın bütün hərbi texnikasını, o cümlədən silah-sursatı, təyyarə və ya gəmi ilə göndərilməli olan, həmçinin Polşadakı tranzit zonalarda yüklənməyə hazır gözləyən yardımları da əhatə edir.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31