Aİ Ukraynaya yeni hərbi yardım paketini təxirə saldı– ÖZƏL
12:59 DünyaOlaylar.az xəbər verir ki, Politico-nun məlumatına görə, Avropa İttifaqı Ukraynaya 20 milyard avro dəyərində yeni hərbi yardım paketinin verilməsini təxirə salıb. Mənbələrə görə, Aİ-nin Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən hazırlanan sənəddən hərbi yardım üçün ayrılacaq vəsaitlə bağlı bənd çıxarılıb. Bu dəyişiklik, Macarıstanın əvvəlki versiyaya veto qoymasından sonra edilib. Avropa diplomatiyasının rəhbəri Kayya Kallasın təklifi ilə başladılan bu layihə, bir neçə Aİ ölkəsinin Ukraynaya kömək göndərilməsi ilə bağlı razılaşmaya getməməsi səbəbindən ləngiyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31