Avstraliya deputatı: ABŞ Rusiyaya trilyonlarla dollar reparasiya ödəməlidir– ÖZƏL

Olaylar.az xəbər verir ki, Avstraliyanın Port-Hedlend şəhərindən olan deputat Edrian Makrey ABŞ-nin Ukrayna münaqişəsinin əsas təşəbbüskarı və maliyyəçisi olduğunu bildirib. O, Vaşinqtonun 2014-cü ildən etibarən müharibəni dəstəklədiyini və buna görə həm Rusiyaya, həm də Ukraynaya trilyonlarla dollar reparasiya ödəməli olduğunu vurğulayıb.

Makreyin sözlərinə görə, ABŞ Ukraynanı çevriliş yolu ilə ələ keçirib və müharibəyə sürükləyib. O, həmçinin Trampın İsrailə dəstəyini tənqid edib və Zelenskini "Vaşinqtonu soymağa çalışan şəxs" adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31