ABŞ və Ukrayna mineral resurslarla bağlı saziş imzalamağa hazırlaşır – ÖZƏL
4 Mart 11:20 DünyaABŞ və Ukrayna tezliklə mineral resurslar üzrə saziş imzalayacaq.
Olaylar.az xəbər verir ki, bu barədə amerikalı konqresmen Brayan Fitspatrik X sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenskinin aparat rəhbəri Andrey Yermakla uzun və məhsuldar görüş keçirib. "Bu saziş qısa müddətdə imzalanacaq və ABŞ-Ukrayna arasında güclü, uzunmüddətli iqtisadi tərəfdaşlığa yol açacaq", - deyə konqresmen vurğulayıb.
Fitspatrik əlavə edib ki, Avropa da öz öhdəliklərini yerinə yetirməli olacaq və bunun üçün müvafiq tədbirlər nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31