Filippində FA-50 qırıcı təyyarəsi radarlardan itib– ÖZƏL
09:54 DünyaOlaylar.az xəbər verir ki, Filippin Hərbi Hava Qüvvələrinə məxsus FA-50 qırıcı təyyarəsi gecə təlimləri zamanı radarlardan itib. Bu barədə Filippin Xəbər Agentliyi Hərbi Hava Qüvvələrinin mətbuat katibi Mariya Konsuelo Kastilyoya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, qırıcı digər təyyarələrlə əlaqəni itirib. Digər ekipaj üzvləri onunla əlaqə yaratmağa çalışsalar da, Makatan adasına qayıtdıqdan sonra bu mümkün olmayıb.
Filippin Hərbi Hava Qüvvələri bütün mövcud resurslardan istifadə edərək genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparır. Mətbuat katibi ekipajın geri qayıtmasına ümid olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31