Tacikistanda hakim partiya parlament seçkilərində qələbə qazandı – ÖZƏL

Tacikistanın Prezidenti Emoməli Rəhmonun lideri olduğu hakim Xalq Demokrat Partiyası martın 2-də keçirilən parlament seçkilərində qalib gələrək yeni çağırış parlamentinin aşağı palatasında 49 yer qazanıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Tacikistanın Mərkəzi Seçki və Referendum Komissiyası TASS-a məlumat verib.

Səsvermə qarışıq sistem üzrə keçirilib: 41 deputat majoritar dairələrdən, 22 deputat isə siyasi partiya siyahılarından seçilib. Ümumilikdə 63 mandat uğrunda 220 namizəd, o cümlədən 65 müstəqil namizəd mübarizə aparıb.

Mərkəzi Seçki və Referendum Komissiyasının məlumatına görə, hakim partiya partiya siyahısı üzrə 12, majoritar dairələrdən isə 37 yer qazanıb. Hazırda partiyanın parlamentdə 47 deputatı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31