İspaniya XİN: Ukraynada sülhməramlıların yerləşdirilməsi barədə danışmaq hələ tezdir – ÖZƏL

Olaylar.az xəbər verir ki, İspaniyanın Xarici İşlər naziri Xose Manuel Albarez Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı müzakirələri hələlik vaxtsız hesab edir.

"İspaniya heç vaxt real sülhməramlı missiyalardan kənarda qalmayıb", - Albarez Telecinco telekanalına müsahibəsində bildirib. "Lakin Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsindən danışmaq üçün hələ tezdir, çünki ortada sülh yoxdur və bəzi tərəflərin sülh adlandırdığı şeyin sadəcə atəşkəs olub-olmadığını bilmirik", - o əlavə edib.

The Financial Times nəşri mənbələrə istinadən yazır ki, Fransa Prezidenti Emmanuel Makronun fevralın 24-də Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Trampı Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsini dəstəkləməyə razı salmaq cəhdi uğursuz olub. Bununla belə, Tramp əvvəllər Avropa sülhməramlılarının Ukraynaya göndərilməsinə qarşı olmadığını bəyan etmişdi. ABŞ administrasiyası isə ABŞ qoşunlarının bu prosesdə iştirakını istisna edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31