ABŞ və Avropa arasında Ukrayna ilə bağlı fikir ayrılığı Qərbin birliyinin sonunu gətirir – The Washington Post – ÖZƏL
3 Mart 14:42 DünyaOlaylar.az xəbər verir ki, The Washington Post nəşrinin məlumatına görə, Ukrayna məsələsi ilə bağlı ABŞ və Avropa arasında yaranan fikir ayrılığı, eləcə də ABŞ Prezidenti Donald Trampla Volodimir Zelenski arasında baş verən mübahisə Qərbin birliyinin sonunu simvolizə edir.
Nəşr yazır ki, Ağ Evdə yaşanan bu insident Kiyev üçün fiaskoya çevrilib və Ukrayna münaqişəsinin tarixində dönüş nöqtəsi ola bilər. Qəzetin məlumatına əsasən, Tramp və onun vitse-prezidenti Ceyms Devid Vens Avropanı təəccübləndirməkdən məmnun olsalar da, Avropadakı tərəfdaşlar artıq Qərbin birliyinin dağılması ilə barışmağa başlayıblar.
Fevralın 28-də Zelenski Ağ Evdə Tramp ilə görüşüb. Görüş zamanı tərəflər arasında mübahisə yaranıb. Tramp Zelenskini ABŞ-nin Kiyevə göstərdiyi yardıma görə təşəkkür etmədiyi üçün hörmətsizlikdə ittiham edib. Nəticədə, planlaşdırılan mətbuat konfransı ləğv olunub və minerallar haqqında saziş imzalanmayıb. Daha sonra Tramp Zelenskinin hörmətsiz davrandığını və Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə hazır olmadığını bildirib.