Zelenski yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir- ÖZƏL

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, əgər Ukrayna NATO-ya üzv olarsa, istefa verməyə hazırdır.

Olaylar.az xəbər verir ki, Londonda bir sıra dünya liderləri ilə görüşlərdən sonra Sky News müxbiri Zelenskidən soruşub ki, Ukraynanın NATO-ya üzvlüyü halında o, istefa verə bilərmi? Prezident cavabında deyib:

"Məni NATO-ya dəyişmək olar. Mən demişəm ki, NATO-ya üzvlüyə dəyişərəm, deməli, missiyamı yerinə yetirmiş olaram."

Bununla yanaşı, Zelenski prezident seçkilərində iştirak edəcəyinə işarə edib. Onun sözlərinə görə, təkcə seçkiləri keçirmək kifayət deyil, eyni zamanda onun namizədliyinin qarşısını almaq da asan olmayacaq:

"Məni seçkilərə buraxmamaq lazımdır. Amma bu, bir qədər çətin olacaq. Çünki bunun üçün mənimlə razılaşmaq lazımdır."

ABŞ prezidenti Donald Tramp və vitse-prezident C. D. Venslə Ağ Evdəki mübahisədən sonra ABŞ Nümayəndələr Palatasının sədri Mayk Conson və senator Lindsi Qrem Zelenskini istefa verməyə çağırıb.

Buna cavab olaraq, Zelenski bildirib:
"Ukrayna prezidentini Lindsi Qremin evində yox, Ukraynada seçməlidirlər."

O, həmçinin Qremə Ukrayna vətəndaşlığı təklif edərək bildirib ki, yalnız bu halda onun səsi bu məsələdə əhəmiyyət kəsb edə bilər.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31