Paris və London Ukraynada bir aylıq moratorium təklif edir – Makron- ÖZƏL

Fransa və Böyük Britaniya Ukraynadakı hərbi əməliyyatlara bir aylıq moratorium tətbiq etməyi təklif edir.  

Olaylar.az xəbər verir ki, "Armenpress"in məlumatına görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron "Le Figaro" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, moratorium hava və dəniz əməliyyatlarına, həmçinin enerji infrastrukturuna edilən hücumlara şamil olunacaq. Lakin quru döyüşlərinə aid edilməyəcək. Makronun sözlərinə görə, cəbhə xəttinin uzunluğu "Parisdən Budapeştə qədər olan məsafəyə bərabərdir", buna görə də belə bir geniş ərazidə atəşkəsin monitorinqi "son dərəcə çətin" olacaq.

Fransa lideri həmçinin ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenskinin dialoqunun bərpa olunmasını gözlədiyini vurğulayıb.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31