Putin və Trampın görüşünə hazırlıq sürətləndirildi– ÖZƏL

Olaylar.az xəbər verir ki, CNN kanalının məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin və ABŞ-nin keçmiş prezidenti Donald Trampın görüşünə hazırlıq sürətləndirilib. Buna Ağ Evdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə yaşanan insident səbəb olub.

Mənbələrin bildirdiyinə görə, Vaşinqtonda Tramp və Putin arasında sammitin təşkili ilə bağlı işlər artıq intensivləşdirilib. Amerikanın bəzi jurnalistləri hesab edirlər ki, Tramp administrasiyası Zelenski ilə baş verən gərginliyi əvvəlcədən planlaşdırıb. Məqsəd isə Ukrayna rəhbərini nüfuzdan salmaq və onu gələcək danışıqlardan kənarlaşdırmaq olub.

Xatırladaq ki, ötən həftə Ağ Evdə Tramp və Zelenski arasında gərgin mübahisə yaşanıb. ABŞ və Ukrayna nümayəndə heyətləri Ukraynanın təbii sərvətlərinin birgə işlənməsi ilə bağlı saziş imzalamağı planlaşdırırdılar. Lakin tərəflər arasında yaranan mübahisədən sonra bu razılaşma ləğv edilib.

Bundan əvvəl jurnalist Olqa Skabeeva Tramp və Zelenski arasında baş tutmayan naharın menyusunu ictimaiyyətə təqdim etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31