ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı milli təhlükəsizlik komandasını toplayacaq – ÖZƏL

ABŞ Prezidenti Donald Tramp martın 3-də milli təhlükəsizlik komandası ilə görüş keçirəcək. Görüşdə Ukrayna məsələsi müzakirə olunacaq və mümkün tədbirlər nəzərdən keçiriləcək.

Olaylar.az xəbər verir ki, "The New York Times" qəzetinin ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, nəzərdə tutulan tədbirlər paketinə Kiyevə əvvəlki ABŞ administrasiyası tərəfindən razılaşdırılmış hərbi yardımın dayandırılması və ya ləğvi də daxil ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31