Marko Rubio: "Avropalılar ABŞ-yə elə bir şey təklif ediblər ki..."
3 Mart 2025 10:14 Dünya"Bir sıra Avropa ölkələrinin xarici işlər nazirləri ABŞ administrasiyasına Ukraynadakı böhranı ən azı bir il uzatmağı təklif ediblər".
Olaylar.az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio deyib.
M.Rubio bildirib ki, müharibənin qurtarmasını bir il uzatmağı təklif edənlər Rusiyanın bundan sonra ola bilsin danışıqlar aparmağa hazır olacağını düşünürlər:
"Fikrimcə, bu, yaxşı plan deyil. Görüşdüyüm bütün xarici işlər nazirlərindən soruşmuşam: "Bütün bunların nə ilə qurtaracağını necə təsəvvür edirsiniz?" Çoxunun planı yoxdur". (Oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31