Sergey Lavrov "Türk axını"nın obyektinə hücumu barədə Hakan Fidanı məlumatlandırıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidana Ukraynanın "Türk axını" qaz kəmərinin infrastrukturuna hücumu barədə məlumat verib.

Bu barədə Rusiya diplomatik missiyasının saytında nazirlər arasında telefon danışığından sonra verilən məlumatda deyilib.

"Sergey Lavrov bildirib ki, fevralın 27-dən 28-nə keçən gecə Ukrayna üç pilotsuz uçuş aparatı vasitəsilə "Türk axını" qaz kəmərində yerləşən "Russkaya" kompressor stansiyasına hücum etməyə cəhd edib", - deyə Nazirlik qeyd edib.

Bildirilib ki, Lavrov türkiyəli həmkarından Ukraynanin mülki infrastruktur obyektlərinə qarşı həyata keçirilən terror aktları törətmək üçün oxşar cəhdlərinin qarşısını almaq üçün Kiyevlə əməkdaşlıqda Ankaranın mövcud imkanlarından istifadə etməyi xahiş edib. "Hakan Fidan lazımi tədbirlərin görüləcəyini deyib", - deyə Rusiya XİN bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31