Çində iki gəmi toqquşub, ölənlər var

Çinin cənubunda yerləşən Yuanşuy çayında kiçik bərə ilə neft təmizləyən gəminin toqquşması nəticəsində azı 11 nəfər həyatını itirib, daha beş nəfər itkin düşüb.

Olaylar.az xəbər verir ki, bu barədə "Associated Press" Çinin dövlət mediasına istinadən məlumat yayıb.

Çayın qəzanın baş verdiyi sahəsində dərinliyin 60 metr, sahildən sahilə qədər olan məsafənin isə 500 metr olduğu deyilir.

Həyatını itirənlər göyərtədən çaya yıxılan insanlar olub. Xilasedicilər yalnız 3 nəfəri həmin gün sudan sağ çıxara bilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31