Belqorod vilayətində Ukraynanın PUA-sı vuruldu
1 Mart 2025 13:53 DünyaRusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində bir Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Martın 1-də Moskva vaxtı ilə saat 10:20 radələrində növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib", - məlumatda qeyd olunub. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31