HƏMAS İsrailin atəşkəsin uzadılması təklifini rədd edib

Fələstinin HƏMAS hərəkatı İsrailin Qəzza sektorunda atəşkəsin birinci mərhələsini uzatmaq təklifini qəbul etmir.

Olaylar.az Misirin "Al-Ghad" telekanalına istinadən xəbər verir ki, bu mərhələ martın 1-də başa çatır.

Məlumata görə, HƏMAS razılaşmanın ikinci mərhələsi ilə bağlı danışıqların dərhal başlanmasını tələb edir.

Qeyd edək ki, daha əvvəl hərəkat rəsmi şəkildə atəşkəs razılaşmalarının davam etdirilməsinə hazır olduğunu bəyan edib və beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərərək ikinci mərhələnin dərhal həyata keçirilməsinə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31