"Turkmenistan Airlines" Aşqabaddan Moskvaya reyslərin dayandırılması müddətini uzadıb
28 Fevral 20:21 Dünya"Turkmenistan Airlines" hava yolları şirkəti Aşqabad-Moskva istiqamətində hava reyslərini dayandırıb.
Olaylar.az xəbər verir ki, bu haqda aviaşirkətin "Telegram" kanalında məlumat dərc olunub.
"Türkmənistan aviaşirkəti xəbər verir ki, Aşqabad-Moskva-Aşqabaq marşrutu üzrə müntəzəm reyslər 31.03.2025-ci ilə qədər təxirə salınır", - deyə aviadaşıyıcının bəyanatında deyilir.
Xatırladaq ki, 2024-cü ilin dekabr ayında "Turkmenistan Aİrlines" yanvar ayının sonuna qədər Rusiyaya reysləri dayandırmışdı.
Belə bir qərar 25 dekabr 2024-cü ildə Azərbaycanın AZAL aviaşirkətinə aid sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması fonunda qəbul olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31