ABŞ Dövlət Departamenti və diplomatik missiyalarda kütləvi ixtisarlar aparacaq

ABŞ prezidenti Donald Tramp Dövlət Departamenti, o cümlədən, Amerika diplomatik missiyalarının ştatını əhəmiyyətli dərəcədə ixtisar etməyi planlaşdırır.

Olaylar.az xəbər verir ki, bu haqda "Politico" öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Amerika administrasiyasının rəhbəri Dövlət Departamentinin əsas diqqəti məhz hökumət sövdələşmələrinə, ABŞ təhlükəsizliyinin təmin olunmasına, o cümlədən, xarici investisiyaların ölkəyə cəlb olunmasına yönəltməyini istəyir.

Mənbə bildirir ki, Tramp administrasiyası ixtisarlarda başlıca olaraq demokratiyanın, insan haqlarının və elmi tədqiqatların təbliğinə cavabdeh olan bölmələri hədəfə alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31