Si Cinpin: Çin və Rusiya strateji əməkdaşlığı dərinləşdirməlidir – ÖZƏL

Çin və Rusiya strateji koordinasiyanı və praktiki əməkdaşlığı davamlı olaraq inkişaf etdirməlidir. 

Olaylar.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşü zamanı bildirib.

"Biz bütün səviyyələrdə sıx əlaqəni qoruyub saxlamalıyıq," - Çin Mərkəzi Televiziyası Si Cinpindən sitat gətirib. O ölkələr arasında strateji koordinasiyanın dərinləşdirilməsinin və praktiki əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Si Cinpin iki ölkə liderlərinin əldə etdiyi razılaşmaların tam icrasına ehtiyac olduğunu bildirib. O həmçinin dəyişməz mehriban qonşuluq prinsiplərinə, hərtərəfli strateji əməkdaşlığa və qarşılıqlı faydalı tərəfdaşlığa sadiq qalmağın vacibliyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31