AB Hindistanla dünyanın ən böyük ticarət sazişini bağlayır

Avropa Birliyi və Hindistan 2025-ci ildə azad ticarət sazişi bağlamaq niyyətindədir.

Olaylar.az xəbər verir ki, bu barədə "Blumberq" Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə istinadla məlumat yayıb.

O, bu sazişi dünyada bu tip ən böyük sövdələşmə adlandırıb.

Nəşr yazır ki, Yeni Dehli və Brüssel bu barədə 2007-ci ildən danışıq aparırlar. 2013-cü ildə tərəflərin Avropa avtomobillərinə, şərablara, süd məhsullarına və s. tariflərin aşağı salınması kimi məsələlərdə irəliləyiş əldə edə bilməməsindən sonra proses dayandırılmışdı. Danışıqlar yenidən 2022-ci ildə bərpa olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31