Rusiya ABŞ-a birbaşa uçuşların bərpasını təklif edib– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya və ABŞ nümayəndələri İstanbulda keçirilən görüşdə iki ölkə arasında birbaşa uçuşların bərpası məsələsini müzakirə ediblər. Rusiya XİN-in məlumatına görə, Moskva Vaşinqtona bu imkanı nəzərdən keçirməyi təklif edib.

Görüş qarşılıqlı hörmət şəraitində keçib və tərəflər məsləhətləşmələrin davam etdirilməsinə razılaşıblar. Həmçinin, diplomatik və konsulluq məsələlərinin, o cümlədən maliyyə məsələlərinin optimallaşdırılması müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31