Növbəti prezidentimiz odur – Mask adını açıqladı
15:26 DünyaABŞ-ın növbəti lideri və Donald Trampın xələfi vitse-prezident Ceyms Devid Vens ola bilər.
Olaylar.az xəbər verir ki, bunu amerikalı sahibkar və ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask sosial şəbəkə hesabında yazıb.
Mask şəbəkə hesabında Vensin Britaniyanın Baş naziri Keyr Starmer ilə son dialoqunu şərh etdiyi bir yazı paylaşıb.
O qeyd edib ki, ABŞ-ın hazırkı vitse-prezidenti gələcəkdə dövlət başçısı postunu tutmağa layiqdir:
"Bütün zamanların ən yaxşı vitse-prezidenti və gələcək prezidentimiz". (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31