Pakistanda məsciddə partlayış olub, dörd nəfər ölüb
28 Fevral 2025 14:33 DünyaPakistanın Akora şəhərində məsciddə törədilən partlayış nəticəsində ən azı dörd nəfər ölüb, 12 nəfər yaralanıb.
"Olaylar" xəbər verir ki, bu barədə "Geo" telekanalı məlumat yayıb.
Hadisə ilə əlaqədar tibb müəssisələrində yüksək hazırlıq səviyyəsi elan edilib.
Qeyd edilib ki, hadisə müsəlmanların müqəddəs Ramazan ayı öncəsi son cümə namazı zamanı baş verib. Darul Ulum Haqqaniyya mədrəsəsi ölkədə ən böyük İslam məktəblərindən biridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31