Trampdan Avropaya xəbərdarlıq: ABŞ Ukraynaya dəstək verməyə tələsmir – ÖZƏL
28 Fevral 2025 13:46 DünyaABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə görüşündə Vaşinqtonun Ukraynaya dəstəyinin davamlılığı ilə bağlı Avropaya sərt mesaj verib.
Olaylar.az xəbər verir ki, bu barədə Politico məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp Starmerin ABŞ-nin Ukraynanın müdafiəsinə daha güclü dəstək verməsi ilə bağlı "ümidsiz müraciətindən" təsirlənməyib. Bildirilir ki, Britaniya baş naziri Trampı Kiyevə təhlükəsizlik zəmanəti verməyə inandırmağa çalışmayıb, yalnız Avropanın səylərini dəstəkləməyə çağırıb. Lakin ABŞ lideri bu təklifi rədd edib.
Politico qeyd edir ki, Vaşinqton administrasiyasının sərt mövqeyi Avropa müttəfiqləri üçün "ayədirici xəbərdarlıq" rolunu oynayıb. Bu, Trampın Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü ərəfəsində baş verib.
Fevralın 27-də Ağ Evdə keçirilən görüş zamanı Tramp ABŞ-nin potensial Avropa sülhməramlı missiyasına hərbi dəstək verməyəcəyini bildirib. O vurğulayıb ki, Ukraynada sülh əldə edilmədən belə bir təşəbbüsdən danışmaq məqsədəuyğun deyil.
Bundan əvvəl Tramp ABŞ-nin Ukraynaya yeni təhlükəsizlik zəmanətləri vermək niyyətində olmadığını bəyan edib və bu məsuliyyətin Avropanın üzərinə düşdüyünü bildirib.