Ermənistanda Baş nazirin mətbuat katibinin evi qarət olundu - ÖZƏL
11:09 DünyaErmənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryanın evi qarət edilib.
Olaylar.az xəbər verir ki, Ermənistan mətbuatının məlumatına görə, hadisə fevralın 26-da Yerevanda baş verib.
Məlumata əsasən, naməlum şəxslər evə xüsusi açarla daxil olaraq qızıl zinət əşyaları, bijuteriya və bahalı saatlar oğurlayıblar. İlkin hesablamalara görə, dəymiş ziyan təxminən 50 min dollar təşkil edir.
Hüquq-mühafizə orqanları artıq cinayətdə şübhəli bilinən şəxsləri saxlayıb. Hadisə ilə bağlı rəsmi açıqlama verməkdən imtina edən Bağdasaryan yaxınlarına bildirib ki, oğurlanan əşyalar arasında qiymətli zinət əşyaları və lüks aksesuarlar da var.
Qeyd edək ki, ötən ilin dekabrında baş nazirin qaynı, deputat Qraçya Akopyanın da evi qarət olunmuşdu. Həmin hadisə zamanı təxminən 20 min dollar dəyərində pul, qızıl və saatlar oğurlanmışdı.