ABŞ və Ukrayna arasında strateji minerallar üzrə razılaşma hazırdır – ABŞ Maliyyə naziri – ÖZƏL

ABŞ və Ukrayna arasında strateji minerallar, qaz, neft və infrastruktur aktivlərini əhatə edən razılaşma hazırlanıb və Ukrayna hökuməti tərəfindən təsdiqlənib.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə naziri Skott Bessent Fox News ilə verdiyi müsahibədə məlumat verib.

Bessent bildirib ki, razılaşma hər iki tərəf üçün faydalıdır və ABŞ xalqına ölkəsinin sərvətlərinin israf edilmədiyini göstərir. "Bu, strateji əhəmiyyət kəsb edən minerallar, neft, qaz və infrastruktur aktivləri ilə bağlı razılaşmadır. Bu, hər iki tərəf üçün sərfəli bir müqavilədir və amerikalılara onların pulunun israf olunmadığını göstərir", - deyə Bessent vurğulayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski, 26 fevral tarixli video müraciətində razılaşmanı imzalamaq üçün Vaşinqtona uçacağını dolayısı ilə təsdiqləyib. Eyni zamanda, BFMTV kanalı məlumat verib ki, ABŞ Prezidenti Donald Tramp, Zelenskinin Vaşinqtona səfərini ləğv etmək istəsə də, Fransa Prezidenti Emmanuel Makron onu bu addımından vaz keçirməyə müvəffəq olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31