Tramp: Ukraynada NATO-nun 5-ci maddəsinə ehtiyac olmayacaq– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Britaniyanın Baş naziri Kir Starmerlə keçirdiyi mətbuat konfransında NATO-nun kollektiv təhlükəsizliyə dair 5-ci maddəsini dəstəklədiyini bildirib.

Lakin o, Ukraynaya hərbi kontingentin göndərilməsinə ehtiyac yaranmayacağını vurğulayıb. Ağ Evdə jurnalistlərin sualına cavab verən Tramp bu maddənin tətbiqi üçün səbəb görmədiyini və qarşıda uzunmüddətli sülhün gözlədiyini qeyd edib.

Bundan əvvəl Tramp Ukraynanın NATO-ya üzv olmayacağını bəyan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31