Ermənistanda keçilməsi çətin yollar var – ÖZƏL
28 Fevral 2025 10:43 DünyaErmənistan Respublikasında bəzi yollar keçilməsi çətin və ya bağlıdır.
Olaylar.az xəbər verir ki, Armenpress-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti xəbər verib.
Aparılan monitorinq nəticəsində Aqarakotn vilayətində yüksək dağlıq ərazilərə aparan yollar - "Amberd" meteoroloji stansiyasından Kari gölünə və Amberd qalasına gedən yollar bağlanıb.
Bütün nəqliyyat vasitələri üçün Berd-Çambarak avtomobil yolu bağlıdır.
Vardenyats keçidi qoşqulu yük avtomobilləri üçün qapalıdır, digər nəqliyyat vasitələri üçün isə keçilməsi çətindir. Şaki sərhəd-keçid məntəqəsindən keçən yollar, Noravan-Ltsen, Sünik kəndindən Şinuhayr-Tatev-Qoris, həmçinin Meğri "Vardani Dzor"-Kacaran yolu qoşqulu yük avtomobilləri üçün keçilməz vəziyyətdədir.
Alaqyazdan Artikə gedən yol və M-3 avtomobil yolunun Lernapar hissəsi də yük maşınları üçün keçilməsi çətindir.
Aqarakotn, Geğarkunik və Sünik vilayətlərində bəzi yollar buz bağlayıb.