Maskın şirkəti internet şəbəkəsi üçün orbitə 21 süni peyk göndərib

ABŞ-nin "Space X" şirkətinə məxsus "Falcon 9" daşıyıcı raketi "Starlink" internet əhatə sisteminin qlobal şəbəkəsinin orbital qruplaşmasının doldurulması məqsədilə orbitə növbəti - 21 kiçik süni peykdən ibarət partiyanı daşıyıb.

Olaylar.az xəbər verir ki, raketin buraxılışı Amerika Kosmik Qüvvələrinin Floridadakı Kanaveral bazasında Bakı vaxtı ilə bu gün 08:34-də baş tutub.

Təxminən bir saatdan sonra peyklər daşıyıcının ikinci pilləsindən ayrılaraq orbitə çıxıblar.

Qeyd edək ki, 2019-cu ilin may ayından bəri "Space X" şirkəti "Starlink" internet layihəsi üzrə orbitə 8 mindən çox süni peyk buraxıb. Onların bir hissəsi sıradan çıxıb və ya orbitdən uzaqlaşıb. Hazırda 7,1 min aparatın orbitdə işlək vəziyyətdə olduğu deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31