ABŞ və Rusiya heyətlərinin İstanbuldakı görüşü başa çatıb

ABŞ və Rusiyadan olan yüksəksəviyyəli diplomatların İstanbulda keçirilən növbəti görüşü başa çatıb.

Olaylar xəbər verir ki, iki ölkə arasındakı diplomatik münasibətlərin bərpası ilə bağlı keçirilən toplantı ABŞ-nin İstanbuldakı baş konsulluğunda baş tutub.

Altı saatdan çox davam edən müzakirələrdən sonra Rusiya heyəti konsulluğun binasından ayrılıb.

Görüşün nəticələri ilə bağlı mətbuata açıqlama verilməyib.

17:24

İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında bağlı qapılar arxasında aparılan danışıqlar artıq yeddinci saatdır ki davam edir.

Olaylar Rusiya KİV-ə istinadən xəbər verir ki, danışıqlar İstanbulda ABŞ baş konsulluğunun binasında aparılır və tərəflər başlıca olaraq səfirliklərin normal fəaliyyətlərinin bərpa olunması məsələsini müzakirə edirlər.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Səudiyyə Ərəbistanında keçirilən öncəki görüşdə sözügedən məsələ ilə bağlı ilkin razılaşmaların əldə olunduğunu bildirmişdi.

Türkiyədə keçirilən görüşün ekspertlər səviyyəsində aparıldığı qeyd olunur.

11:09

Türkiyədə ABŞ-nin İstanbuldakı baş konsulluq binasında Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar prosesi start götürüb.

Olaylar xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, tərəflər diplomatik missiyaların fəaliyyətindəki problemləri müzakirə edəcəklər. Konsulluq binasının qarşısındakı meydançaya dünyanın müxtəlif ölkələrindən jurnalist heyətlərinin toplaşdığı bildirilir.

Xatırladaq ki, bundan əvvəl, fevralın 18-də ABŞ və Rusiya nümayəndələri arasında Ər-Riyadda Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar aparılmışdı. Nümayəndə heyətlərinin rəhbərləri - ABŞ dövlət katibi Marko Rubio və Rusiya XİN rəhbəri Sergey Lavrov Ukrayna üzrə danışıqlar qrupunun yaradılması ilə bağlı razılığa gəlmişdilər. Tərəflər görüşün nəticələrindən razılıq ifadə etmişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31