Türkiyə Avropa hərbi bazarına girir

İtaliyanın müdafiə nəhəngi "Leonardo" Türkiyənin "Baykar" şirkəti ilə strateji əməkdaşlıq müqaviləsi imzalamağa yaxındır. Şirkətlər gələn həftə anlaşma memorandumu imzalayacaq.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, bu, Avropanın pilotsuz təyyarələrin istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə biləcək birgə müəssisənin əsasını qoyacaq:

"Birgə müəssisə "Leonardo"ya "Baykar"ın texnologiyasından istifadə etməyə imkan verəcək və bu da yeni nəsil GCAP qırıcılarının yaradılmasında istifadə olunacaq yüksək texnologiyalı altıncı nəsil dronların inkişafına gətirib çıxaracaq. "Leonardo"nun planlaşdırdığı birgə müəssisə türk şirkətinə birbaşa Avropa bazarına çıxış imkanı verəcək". (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31