Maskdan sensasion proqnoz: Onlar tezliklə hakimiyyətə gələcəklər
26 Fevral 2025 16:39 DünyaÖlkədə keçiriləcək növbəti seçkilərdə ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası qalib gələcək.
Olaylar.az xəbər verir ki, bu barədə amerikalı milyarder və ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
"AfD növbəti seçkilərdən sonra Almaniyanı idarə edəcək", - Mask yazıb.
Fevralın 23-də Almaniyada Bundestaqa növbədənkənar seçkilər keçirilib və bu seçkilərdə Fridrix Mertsin rəhbərliyi altında Xristian Demokrat və Xristian Sosial Birliklərinin (CDU/CSU) müxalifət bloku qalib gəlib. AfD tarixdə ilk dəfə ikinci yeri tutarkən, Olaf Şoltsun rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyası üçüncü yerə geriləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31