Kiyevdə ABŞ-la nadir metallar razılaşmasına qarşı etiraz aksiyası keçirilir – ÖZƏL

Kiyevdə ABŞ səfirliyi qarşısında nadir metallar üzrə Vaşinqtonla bağlanacaq "əsarət yaradan" sazişə qarşı etiraz aksiyası keçirilir

Olaylar.az xəbər verir ki, bu barədə UNIAN xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, aksiyada cəmi bir neçə nəfər iştirak edir. UNIAN Telegram kanalında etirazdan fotolar paylaşıb. Kadrlarda bir neçə etirazçı və onlarla hüquq-mühafizə orqanı əməkdaşı görmək mümkündür. Aksiya iştirakçıları sənədin imzalanmasının Rusiya ilə münaqişə bitənə qədər təxirə salınmasını və Kiyevin təhlükəsizliyinə dair təminatların razılaşmaya daxil edilməsini tələb edirlər.

Fevralın əvvəlində ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukraynadan nadir metallar əldə etməkdə maraqlı olduğunu bəyan edib. Fevralın 12-də ABŞ-nin Maliyyə Naziri Skott Bessent Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenskiyə müqavilənin mətnini təqdim edib. Zelenski daha əvvəl razılaşmaya müsbət yanaşdığını desə də, sənəd imzalanmayıb. Kiyevin bu razılaşmanı imzalamaqdan imtinası ABŞ-Ukrayna münasibətlərində gərginliyə səbəb olub. Buna baxmayaraq, tərəflər sənəd üzərində işləməyə davam edirlər və Vaşinqtondan tezliklə sazişin imzalanacağına dair açıqlamalar verilir.

Fevralın 25-də Tramp Zelenskinin fevralın 28-də Vaşinqtona gələrək sənədi imzalaya biləcəyini etiraf edib. Lakin fevralın 23-də Zelenski sazişi imzalamaq istəmədiyini bildirib və qeyd edib ki, bu razılaşmaya görə Ukraynanın on nəsli borc ödəmək məcburiyyətində qalacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31