Qətər Əmiri Əl Tani aprelin 17-də Rusiyaya səfər edəcək – ÖZƏL

Qətər Əmiri Təmim bin Həməd Əl Tani aprelin 17-də Rusiyaya səfər etməyi planlaşdırır. 

Olaylar.az xəbər verir ki, bu barədə o, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşü zamanı bildirib.

TASS-ın məlumatına görə, Lavrov Rusiya Prezidenti Vladimir Putinin salamlarını Qətər Əmirinə çatdırıb və Moskvanın onun səfərini səbirsizliklə gözlədiyini vurğulayıb.

"Ümid edirəm ki, aprelin 17-də Rusiyaya səfər edəcəyəm", - deyə Əl Tani bildirib.

Qeyd edək ki, Lavrov Dohaya səfər etməzdən əvvəl Türkiyə və İranda görüşlər keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31