Rusiya Ukraynanın böyük hücumuna hazırlaşır - Təcili
26 Fevral 2025 13:33 DünyaRusiya hakimiyyət orqanları geosiyasi gündəmdəki dəyişikliklərə belə reaksiya verib: hələ heç kim açıq şəkildə sülhə hazırlaşmır.
Olaylar.az xəbər verir ki, bu barədə VÇK-OQPU Teleqram kanalı yazıb.
Kanalın məlumatına görə, gözlənilmədən Moskva və Moskva vilayətinin administrasiyalarında Terrorla Mübarizə komissiyalarının təcili iclasları çağırılıb:
"Gündəlikdəki məsələlər isə heç bir halda sülhlə bağlı deyildi. Tədbirlər təcili keçirilib və sakinləri hava təhlükələrindən vaxtında sığınacaqla necə təmin etməyə həsr olunub. DİN, Rosqvardiya, FHN, Mülki Müdafiə, Mənzil-Kommunal Xidmətinin mütəxəsisləri yaşayış binalarında müvəqqəti bomba sığınacaqlarının vəziyyətini müzakirə ediblər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31