Çin Hərbi Hava Qüvvələrinin 31 təsisatı Tayvan boğazının orta xəttini keçib – ÖZƏL

Tayvanın Müdafiə Nazirliyi, günün əvvəlindən etibarən Çin Xalq Azadlıq Ordusuna (PLA) aid 31 təyyarənin Tayvan və Çin ərazisini ayıran Tayvan Boğazının orta xəttini keçdiyini bildirib.

Olaylar.az xəbər verir ki, nazirlik X sosial media platformasında yaydığı açıqlamada, "Bu gün saat 8:50-dən (GMT vaxtı ilə 00:50) etibarən 32 müxtəlif növ PLA təyyarəsinin (J-11, KJ-500 və s.) aşkar edildiyini" qeyd edib. Açıqlamada, "22 təyyarə orta xətti keçərək, Çin Xalq Azadlıq Ordusunun Donanması (PLAN) gəmiləri ilə birlikdə hava-dəniz birgə təlimi keçirərək, şimal və cənub-qərb Hava Mühafizə Tanıma Zonasına (ADIZ) daxil olub" ifadəsi yer alıb.

Daha əvvəl nazirlik, "saat 6:00-a qədər 11 PLA təyyarəsi, 14 PLAN gəmisi və Tayvan ətrafında fəaliyyət göstərən iki rəsmi gəminin aşkar edildiyini" bildirmişdi. Həmçinin, "doqquz təyyarə orta xətti keçərək, Tayvanın şimal, mərkəz, cənub-qərb və cənub-şərq ADIZ-ına daxil olub" deyilib.

Tayvanın hərbi agentliyi, PLA-nı "öncədən xəbərdarlıq etmədən canlı atış təlimləri keçirərək" beynəlxalq normaları "açıq-aşkar pozmaqda" ittiham edib.

Tayvan Müdafiə Nazirliyi adaya yaxınlaşan Çin təyyarələri və gəmilərini mütəmadi olaraq aşkar edir. Tayvan 1949-cu ildən bəri yerli administrasiya tərəfindən idarə olunur. Bu dövr Chiang Kai-shek başçılığındakı Kuomintang qüvvələrinin Çin vətəndaş müharibəsində məğlub olaraq adaya qaçdığı dövrə təsadüf edir. Lakin, Pekin adanı öz əyalətlərindən biri hesab edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31