Rusiya səfiri: Panama kanalının neytrallığı qorunmalıdır– ÖZƏL
26 Fevral 2025 10:30 DünyaOlaylar.az xəbər verir ki, Rusiyanın Panamadakı səfiri Konstantin Qavrilov ABŞ administrasiyasının Panama kanalı üzərində nəzarəti bərpa etmək istəyini açıq şantaj adlandırıb. O, kanalın neytrallığının beynəlxalq ticarətin sabitliyi üçün vacib olduğunu və Rusiyanın bu statusu qorumaq üçün beynəlxalq platformalarda fəal işləyəcəyini bildirib.
Qavrilovun sözlərinə görə, Panama rəhbərliyi də kanalın neytral statusunun qorunmasını dəstəkləyir və Rusiya bu istiqamətdə dialoq və əməkdaşlığı davam etdirməyə hazırdır.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Panama kanalına nəzarətin geri qaytarılmasının vacib olduğunu bəyan etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31