Litvada Puşkin Kremlin təbliğatçısı elan edildi– ÖZƏL
26 Fevral 2025 10:17 DünyaOlaylar.az xəbər verir ki, Litvada Rusiya təsirinə qarşı mübarizə davam edir. Bu dəfə hakimiyyət orqanları Vilnüsdəki Puşkin və Kaçalov adına məktəblərin adlarını dəyişdirməyə qərar verib. Litvanın Azadlıq Partiyasının sədr müavini Vytautas Mitalas Puşkinin Litvaya qarşı mənfi münasibət bəslədiyini və Kremlin onu siyasi məqsədlərlə istifadə etdiyini iddia edib.
Litvanın təhsil naziri Raminta Popovene də bu fikirləri dəstəkləyərək Puşkinin Rusiya təbliğatında rol oynadığını bildirib.
Ekspertlər isə Litvanın rusofobiyanı milli ideologiyaya çevirdiyini qeyd edirlər. Politoloq Aleksandr Dudçakın fikrincə, Baltikyanı ölkələrdə iqtisadi geriləmə və əhali axını davam edir, lakin onlar yenə də Rusiya əleyhinə siyasətdən əl çəkmirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31