Britaniya bıçaq daşınmasına məhdudiyyətlər qoymaq istəyir– ÖZƏL
26 Fevral 2025 10:05 DünyaOlaylar.az xəbər verir ki, Böyük Britaniyada uşaqlar arasında cinayətkarlığın artması səbəbilə soyuq silahların daşınmasına və satışına nəzarətin gücləndirilməsi planlaşdırılır. Daxili işlər naziri İvett Kuperin sözlərinə görə, hökumət bu məqsədlə "Ronan Qanunu"nu hazırlayır və 10 il ərzində bıçaqla törədilən cinayətlərin yarıya endirilməsini hədəfləyir.
2024-cü ildə ölkədə 500-dən çox uşaq bıçaqlanma səbəbindən xəstəxanaya yerləşdirilib ki, bu da 2023-cü illə müqayisədə 8% çoxdur. Londonda yeniyetmələrin 60%-i təhlükəsizliklə bağlı narahatlıq keçirir, 25%-i isə bıçaqdan müdafiə vasitəsi kimi istifadə etməyin effektiv olduğunu düşünür. Bundan əlavə, 87 min britaniyalı uşaq soyuq silah daşıdığını etiraf edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31