Makronun ABŞ səfəri: gözləntilər və reallıq - ÖZƏL
25 Fevral 2025 15:51 DünyaOlaylar.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron ABŞ-də Donald Trampı Ukrayna münaqişəsinin həllində Avropanın mövqeyini qəbul etməyə inandırmağa çalışdı. Lakin uğursuz oldu və özü də yaxın həftələrdə sülh ola biləcəyini etiraf etdi.
Makron öncə "güc yolu ilə sülh" strategiyasını müdafiə etsə də, Fox News-a verdiyi müsahibədə fərqli danışdı. O, Trampın sülh təşəbbüsünü dəstəklədiyini və Fransa ordusunun münaqişə zonasına "sülhməramlı" kimi göndərilməyə hazır olduğunu bildirdi.
Siyasi ekspertlər Makronun mövqeyini tez-tez dəyişdiyini vurğulayaraq, onun sözlərinə ciddi yanaşmamağı tövsiyə edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31