Ukrayna Ali Radası ikinci cəhddə Zelenskinin səlahiyyətlərini dəstəklədi – ÖZƏL

Ukrayna Ali Radası Prezident Vladimir Zelenskinin səlahiyyətlərinin davam etməsi ilə bağlı qətnaməni ikinci cəhddə qəbul edib. 

Olaylar.az xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak məlumat verib.

O, Teleqram kanalında yazıb ki, sənəd Zelenskinin "yeni seçilmiş prezident vəzifəyə keçənədək" səlahiyyətlərini icra etməli olduğunu təsdiqləyir. Qətnamədə həmçinin qeyd olunur ki, Ukraynada tətbiq edilən hərbi vəziyyət Konstitusiyaya uyğun olaraq seçkilərin keçirilməsinə imkan vermir, lakin xalq müharibədən sonra seçkilərin keçirilməsinin vacibliyi ilə bağlı həmfikirdir.

Qeyd edək ki, Zelenskinin prezidentlik müddəti ötən il mayın 20-də başa çatıb. Rusiya Prezidenti Vladimir Putin dəfələrlə onun legitimliyinin bitdiyini bildirib və Kiyevlə hüquqi cəhətdən bağlayıcı sənədlərin imzalanması üçün danışıqların kimlə aparılmalı olduğunun aydınlaşdırılmasının vacib olduğunu vurğulayıb.

Fevralın 18-də ABŞ-ın keçmiş prezidenti Donald Tramp Zelenskinin reytinqinin 4%-ə düşdüyünü və Ukraynanın danışıqlar masasında yerini qorumaq üçün seçkilər keçirməli olduğunu deyib. Ertəsi gün isə o, Zelenskini seçkilərə icazə vermədiyinə görə "diktator" adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31